- İngiltərə P.L.
- 23:11 06.01.2025
"Mançester Yunayted" cinah oyunçusu Amad Diallo ilə əmək müqaviləsini uzatmaq niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O müqavilənin imzalanması üçün tərəflər arasında demək olar ki, hər şey hazır olduğunu və yeni müqavilənin uzunmüddətli olacağı qeyd edib.
Bu mövsüm 22 yaşlı Diallo bütün turnirlər daxil olmaqla 28 matçda iştirak edib, 6 qol vurub və 7 məhsuldar ötürmə verib. Cinah oyunçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.