8 noyabr 2026. Bazar günü

"Zədələr olmasaydı, "Mançester Siti" yeni oyunçular axtarmazdı"


"Zədələr olmasaydı, "Mançester Siti" yeni oyunçular axtarmazdı"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandadakı hazırkı durumdan danışıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Mən çox istəyirəm ki, zədəli futbolçular qayıtsınlar. Əgər bu baş versəydi, bu transfer pəncərəsində yeni oyunçular almağa getməzdik, qətiyyən yox. Və biz indiki vəziyyətdə olmazdıq. Biz bütün mövsüm döyüşərdik”

20 turdan sonra "Mançester Siti" 34 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı yerdədir. Çempionlar Liqası zonası arasındakı fərq iki xaldır. Növbəti mərhələdə Qvardiolanın yetirmələri səfərdə Brentfordla qarşılaşacaq (14 yanvar).







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”