23 iyun 2026. Çərşənbə axşamı

"Mançester Yunayted" müdafiəçisini buraxmağa hazırdır


"Mançester Yunayted" müdafiəçisini buraxmağa hazırdır

"Mançester Yunayted"in müdafiəçisi Tyrell Malasia bu qış klubunu dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 25 yaşlı futbolçunun kluba yaxşı təklif gələrsə, bu ay Mançester komandasını tərk edəcəyini qeyd edib.

Niderlandlı futbolçu İngiltərə Premyer Liqasının bu kampaniyasında cəmi iki dəfə meydana çıxıb və bir sarı vərəqə alıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər