8 noyabr 2026. Bazar günü

Reşford uğrunda yarışda liderin adı açıqlanıb - bu, "Barselona" deyil


Reşford uğrunda yarışda liderin adı açıqlanıb  - bu, "Barselona" deyil

İngilis hücumçu Markus Reşford qış transfer pəncərəsində "Mançester Yunayted"i tərk edə bilər.

90deqiqe.Az "Bild"ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində bir sıra klublarla, xüsusən də “Barselona” maraqlıdır. Lakin Reşford uğrunda yarışda Dortmund "Borussiya"sı liderdir. Təcrübəli forvardın gələn cümə axşamı tibbi müayinədən keçmək üçün Dortmunda gedəcəyi gözlənilir.

2024/2025 mövsümündə Markus Reşford 24 oyun keçirib, bu oyunda yeddi qol vurub və üç məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt portalı oyunçunu 55 milyon avro qiymətləndirir.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”