23 iyun 2026. Çərşənbə axşamı

"Mançester Siti"dən daha bir transfer


"Mançester Siti"dən daha bir transfer

Mərkəz müdafiəçisi Vitor Reis Braziliyanın "Palmeyras" klubundan ayrılaraq "Mançester Siti"yə keçib.

90deqiqe.Az xəbər verir ki, bu barədə ingilis klubunun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu "Mançester Siti" ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

O, "Siti"də 22 nömrə altında çıxış edəcək.

Braziliyalının transferi "Mançester Siti"yə 35 milyon avroya başa gəlib.

Qeyd edək ki, müdafiəçi Çempionlar Liqasının ümumi mərhələsinin sonuna qədər bu turnirdə iştirak edə bilməyəcək. Xatırladaq ki, “Mançester Siti” daha əvvəl Özbəkistan millisinin mərkəz müdafiəçisi Abdukodir Xusanovun transferini açıqlamışdı.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər