8 noyabr 2026. Bazar günü

“Aston Villa” fransız futbolçu üçün təklif göndərib


“Aston Villa” fransız futbolçu üçün təklif göndərib

"Çelsi"nin mərkəz müdafiəçisi Aksel Disasi "Aston Villa"ya keçə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Aston Villa" 26 yaşlı futbolçunu icarəyə götürmək üçün "Çelsi"yə rəsmi təklif göndərib və Birmingem klubunun müdafiəçinin bütün maaşını ödəməyə hazır olduğunu qeyd edib.

Bu mövsüm fransız bütün turnirlərdə 17 matçda meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun "Çelsi" ilə müqaviləsi 2029-cu ilə qədərdir. Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 30 milyon avrodur.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”