8 noyabr 2026. Bazar günü

“Fulhem” Villianı geri qaytara bilər


“Fulhem” Villianı geri qaytara bilər

İngiltərənin "Fulhem" klubu cinah hücumçusu Villianı yenidən sıralarına qaytarmaq imkanını nəzərdən keçirir.

90deqiqe.Az "The Telegraph"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Bu yaxınlarda 36 yaşlı Villian "Olimpiakos"la müqaviləsinə xitam verib və azad agent olub.

Villian 2022-2024-cü illərdə “Fulhem”də çıxış edib. Bu müddət ərzində braziliyalı 67 oyun keçirib, 10 qol vurub və komanda yoldaşlarına 7 məhsuldar ötürmə edib. "Fulhem" hazırda İngiltərə Premyer Liqasının cədvəlində 9-cu yerdədir. Londonlular növbəti matçını fevralın 8-də İngiltərə Kubokunda “Uiqan”a qarşı keçirəcəklər.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”