17 avqust 2026. Bazar ertəsi

Mançester Yunayted'də oynamış futbolçu intihar etdi


Mançester Yunayted'də oynamış futbolçu intihar etdi

Uelsli futbolçu Joel Darlinqton intihar edib.

Corner.az xarici mətbuata istinadən məlumat verir ki, 21 yaşlı gənc futbolçu özünü asıb.

Belə ki, onu evinin qarajında asılmış vəziyyətdə tapıblar. İlkin ehtimala görə, tez-tez zədə alması hücumçunu hövsələdən çıxarıb və bu səbəbdən belə bir addım atıb. Darlinqton bir neçə il əvvəl "Mançester Yunayted"də baxışda olub, lakin yoxlama görüşlərinin birində qolu sındığı üçün geri qaytarılıb.

Son klubu "Bala Taun" olan mərhum futbolçu Uelsin aşağı yaş qrupu üzrə yığmalarında da çıxış edib.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”