14 dekabr 2025. Bazar günü

Mareska Ceksonun itkisinə münasibət bildirib


Mareska Ceksonun itkisinə münasibət bildirib

"Çelsi"nin baş məşqçisi Enzo Mareska hücumçu Nikolas Ceksonun itkisindən danışıb.

90deqiqe.Az xəbər verir ki, “Football.London" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Onun əzələ zədəsi olduğu aydın idi, amma bunun nə qədər ciddi olduğunu başa düşmədik. Müayinədən sonra məlum olub ki, Ceksonun problemləri var. O, altı həftədən səkkiz həftəyə qədər xəstəxanada qalacaq”

Forvard ombasından aldığı zədə səbəbindən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu mövsüm Nikolas İngiltərə Premyer Liqasında 23 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. London komandası Premyer Liqanın turnir cədvəlində dördüncü yerdədir.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü