8 may 2026. Cümə

"Bu, karyeramda ilk het-trikimdir"


"Bu, karyeramda ilk het-trikimdir"

"Mançester Siti"nin hücumçusu Ömər Marmuş İngiltərə çempionatının 25-ci turunda "Nyukasl"la oyunda üç qol vurduqdan sonra emosiyalarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “beIN SPORTS" 26 yaşlı futboçunun dediklərini belə çatdırıb.

"Təsvir edilə bilməz! Bu, karyeramda ilk het-trikimdir. İlk dəqiqədən bütün diqqətimizi cəmləmişdik. Son oyuna necə reaksiya verdiyimizi gördünüz. Mən özümü artıq bu komandanın bir hissəsi kimi hiss edirəm. Mən buna görə minnətdaram.”

Görüş 4:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, Marmus bu qış "Ayntraxt"dan "Mançester Siti"yə keçib."Şəhərlilər"in tərkibində forvard bütün turnirlərdə beş oyunda iştirak edib və üç qol vurub.







İngiltərə P.L.