14 dekabr 2025. Bazar günü

Tarixdə ilk dəfə qapıçı...


Tarixdə ilk dəfə qapıçı...

"Mançester Siti"nin qapıçısı Ederson Premyer Liqada qapıçının ən çox ötürməsi ilə rekorda imza atıb.

90deqiqe.Az "Opta Sport"a istinadən xəbər verir ki, bu gün Ederson İngiltərə çempionatının 25-ci turunun "Nyukasl Yunayted"lə ev oyununda hücumçu Ömər Marmuşa məhsuldar ötürmə edib. 

Ederson Premyer Liqa karyerasında altı məhsuldar ötürmə edib və onu Pol Robinsonu (5) qabaqlayıb. Bundan əlavə, Ederson İngiltərə çempionatı tarixində bir mövsümdə üç məhsuldar ötürmə verən ilk qapıçı olub. Braziliyalı futbolçu daha əvvəl "Brentford" və "Çelsi" ilə matçlarda komanda yoldaşlarına kömək edib.

Ederson bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 24 oyun keçirib, 38 qol buraxıb və 5 matçda qapısını təmiz saxlayıb. Futbolçunun hazırkı klubu ilə hazırkı iş müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt internet portalında verilən məlumata görə, 31 yaşlı futbolçunun bazar dəyəri 30 milyon avrodur.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü