27 avqust 2026. Cümə axşamı

"Liverpul"a yetişmək istəyirik"


"Liverpul"a yetişmək istəyirik"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının Premyer Liqa çempionluğu üçün "Liverpul"la mübarizə aparmağa qərarlı olduğunu deyib.

90deqiqe.Az xəbər verir ki, “Sky Sports" ispan mütəxəssisin dediklərini belə çatdırıb.

"Liverpul"a yetişmək istəyirik. Komanda qarşımıza çıxan maneələrdən asılı olmayaraq əlindən gələni edəcək. Bunun üçün çox çalışırıq. Biz dayanmaq fikrində deyilik.Nə qədər gedə biləcəyimizi görəcəyik".

"Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində lider "Liverpul"dan 4 xal geri qalır, Arne Slotun komandası isə bir oyundur.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın