8 noyabr 2026. Bazar günü

"Nyukasl"da yeni müqavilə


 "Nyukasl"da yeni müqavilə

36 yaşlı slovakiyalı qapıçı Martin Dubravka İngiltərənin "Nyukasl" klubu ilə əmək müqaviləsini uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “sağsağanlar”ın mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilənin təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, qış transfer pəncərəsində Dubravka Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubuna keçməyə yaxın idi. Futbolçu artıq klubla şəxsi müqavilənin şərtlərini razılaşdırıb, lakin "Nyukasl" qapıçını satmaqdan imtina edib.

Dubravka 2018-ci ildən "Nyukasl"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 15 matçda iştirak edib, 14 qol buraxıb və səkkiz qapını təmiz saxlayıb. 







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”