1 fevral 2026. Bazar günü

"Dubravkanın "Nyukasl"da qalmasından məmnunuq"


"Dubravkanın "Nyukasl"da qalmasından məmnunuq"

"Nyukasl"ın baş məşqçisi Eddi Hou komandanın qapıçısı Martin Dubravka ilə müqavilənin uzadılmasını şərh edib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında danışıb.

 "Martin uzun  illərdir ki, "Nyukasl"da parlaq çıxış edən yüksək səviyyəli qapıçıdır. O, bu yaxınlarda komandaya qayıtdı və çox yaxşı çıxış etdi, güclü qapıçılar bölməsinin bir hissəsi kimi öz dəyərini nümayiş etdirdi. Heç kimə sirr deyil ki, onun yanvarda başqa kluba keçmək variantları var idi, lakin diqqətini cəmləyib burda qalmağa qərar verdi. Biz Martinin qalmasından şadıq".

 İngiltərə klubu 36 yaşlı futbolçu ilə yeni əmək müqaviləsi bağlayıb.

Dubravka 2018-ci ildən "Nyukasl"ın qapıçısıdır. Bu mövsüm o, bütün yarışlarda 15 matçda iştirak edib, 14 qol buraxıb və səkkiz qapını təmiz saxlayıb.







İngiltərə P.L.

“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə
“Arsenal”dan darmadağın
  • İngiltərə P.L.
  • 23:03 31.01.2026
“Arsenal”dan darmadağın
"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"