18 aprel 2026. Şənbə

Arne Slott Salah haqda fikirlərini bildirib


Arne Slott Salah haqda fikirlərini bildirib

"Liverpul"un baş məşqçisi Arne Slot komandanın hücumçusu Məhəmməd Salahın əmək müqaviləsi ilə bağlı vəziyyəti şərh edib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano niderlandlı çalışdırıcının dediklərini belə çatdırıb.

“Belə oynamağa davam edərsə, dəyəri daha da artacaq. Salah belə səviyyədə oynamasaydı, klub yeni müqaviləyə şübhə edə bilərdi. Ümid edirik ki, Salah bizimlə müqavilə imzalayacaq".

32 yaşlı forvardın "qırmızılar"la hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

Misirli futbolçu bu mövsüm "Liverpul"un heyətində 38 oyun keçirib. Hücumçu 30 qol vurub, 21 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

"İnanıram ki, Premyer Liqada qalacağıq"
  • İngiltərə P.L.
  • 21:52 17.04.2026
"İnanıram ki, Premyer Liqada qalacağıq"