22 aprel 2026. Çərşənbə

"Mançester Yunayted" onun transferi ilə bağlı razılığa gəldi


"Mançester Yunayted" onun transferi ilə bağlı razılığa gəldi

"Napoli"nin mərkəz hücumçusu Viktor Osimhenin "Mançester Yunayted"ə transferi "95% tamamlanıb.

90deqiqe.Az "Business Day"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı futbolçunun transferi kimi Neapol klubuna 70 milyon avro ödəməyə hazırdır.

Osimhenin xidmətində PSJ-nin də maraq dairəsində olduğu vurğulanır.

Bu mövsüm forvard icarə əsasında "Qalatasaray"da çıxış edir. O, bütün yarışlarda 26 oyun keçirib, 20 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun "Napoli" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.







İngiltərə P.L.

“Brayton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 01:09 22.04.2026
“Brayton” “Çelsi”ni darmadağın etdi