15 mart 2025. Şənbə

"Çelsi"nin sahibi tənqidlərə görə azarkeşlərə cavab verib


"Çelsi"nin sahibi tənqidlərə görə azarkeşlərə cavab verib

"Çelsi"nin sahibi amerikalı iş adamı Todd Bouli komandanın azarkeşlərinin tənqidlərinə cavab verib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Ben Yakobs funksionerin dediklərini belə çatdırıb. 

"Düşünürəm ki, bu normaldır. Hər kəsi hər zaman xoşbəxt edə bilməyəcəyini nə qədər tez başa düşsən, bir o qədər tez azad olacaqsan. Biz sadəcə plana əməl etməyə və hər şeyin hər zaman aydın olmadığını qəbul etməyə çalışırıq, lakin biz düzgün istiqamətdə hərəkət edirik.

İyun ayında vəzifəyə başlayandan 3 il keçir. Bu çox vaxt deyil, xüsusən də 50, 60 və ya 70 yaşınız varsa.Bu, aktivlik və sürətli artım fırtınasıdır, lakin məncə, bu, həm də yaxşı bir şeydir".

Fevralın 25-də "Çelsi" klubunun azarkeşləri "Sauthempton"la oyundan (4:0) əvvəl yeni rəhbərliyə növbəti etiraz aksiyası keçiriblər.

Keçirilən 27 oyundan sonra "Çelsi" 46 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdədir.







İngiltərə P.L.

Salah Keynin rekordunu təkrarladı
  • İngiltərə P.L.
  • 16:47 14.03.2025
Salah Keynin rekordunu təkrarladı
Maunt komanda ilə məşqlərə başladı
  • İngiltərə P.L.
  • 20:56 12.03.2025
Maunt komanda ilə məşqlərə başladı