1 mart 2025. Şənbə

Kazemiro "Mançester Yunayted"dən ayrılmaq istəmir


Kazemiro "Mançester Yunayted"dən ayrılmaq istəmir

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro klubu dəyişmək istəmir.

90deqiqe.Az "TEAMtalk"a istinadən xəbər verir ki, braziliyalı futbolçu ona indiki maaşı ilə müqayisə oluna biləcək maaş təklif edilməsə, heç yerə getməyəcək.

“Mançester Yunayted”də 33 yaşlı futbolçu həftədə 350 min funt-sterlinq (420 min avrodan çox) qazanır.

"Qırmızı şeytanlar" Kazemironu yay transfer pəncərəsi zamanı  satışa namizədlərdən biri hesab etsə də, lakin onu razı salmaq asan olmayacaq.

Yarımmüdafiəçinin hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir, bundan sonra azad agent kimi "mankunianlılar"ı tərk edəcək. Kazemiro 2022-ci ilin avqustunda "Real Madrid"dən "Mançester Yunayted"ə keçib.







İngiltərə P.L.

"Neymar Mbappedən yaxşı futbolçudur"
  • İngiltərə P.L.
  • 10:33 28.02.2025
"Neymar Mbappedən yaxşı futbolçudur"