8 noyabr 2026. Bazar günü

“Mançester Siti”də Qvardiolanı əvəzləyəcək məşqçi müəyyənləşib


“Mançester Siti”də Qvardiolanı əvəzləyəcək məşqçi müəyyənləşib

Xosep Qvardiolanın "Mançester Siti" ilə müqaviləsini uzatmasına baxmayaraq, onun mövsüm sonunda klubdan ayrılması istisna edilmir.

90deqiqe.Az “Il Messaggero” nəşrinə istinadən xəbər verir ki, "City Football Group" belə bir ehtimal üçün plan hazırlayır. “Şəhərlilər”in rəhbərliyi İtaliyanın “Komo” klubunun “sükanı arxası”nda yaxşı nəticələr göstərən Sesk Fabreqası Qvardiolaya əvəzləyici olaraq görürlər.

Eyni zamanda, Fabreqası digər Avropa nəhəngləri, o cümlədən "Milan" və "İnter"in də izlədiyi qeyd edilir. Fabreqasın rəhbərlik etdiyi "Komo" hazırda İtaliya çempionatının turnir cədvəlində 13-cü yerdədir.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”