7 aprel 2026. Çərşənbə axşamı

"Mançester Yunayted" müdafiəçisi ilə yollarını ayıra bilər


"Mançester Yunayted" müdafiəçisi ilə yollarını ayıra bilər

İsveçli müdafiəçi Viktor Lindelof yay transfer pəncərəsində "Mançester Yunayted"i tərk edə bilər.

90deqiqe.Az " Tribal Football"a istinadən xəbər verir ki, futbolçu azad agent kimi mankunian nəhəngindən ayrılmağa yaxındır. 

Onun 2013-2017-ci illərdə forma geyindiyi "Benfika" klubu keçmiş futbolçusunu transfer etməkdə maraqlıdır. Lissabon təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.

30 yaşlı oyunçunun "qırmızı şeytanlar"la hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonunda başa çatır.

Lindelof bu mövsüm Premyer Liqada cəmi 6 oyun keçirib və bir sarı vərəqə alıb.







İngiltərə P.L.