- İngiltərə P.L.
- 11:07 06.03.2025
"Bornmut"da icarə əsasında çıxış edən "Çelsi"nin qapıçısı Kepa Arrizabalaq növbəti mövsüm üçün klubunu seçib.
90deqiqe.Az "Football Insider"ə istinadən xəbər verir ki, 30 yaşlı qolkiperin yay transfer pəncərəsində daimi olaraq "Bornmut"a keçmək istəyir.
Bildirilir ki, buna iki amil təsir edib: birincisi, ispaniyalının özü Andoni İraolanın rəhbərliyi altında oynamaqdan həzz alır, ikincisi, “Çelsi” yeni qapıçı almağa qərar verib.
Kepa bu mövsüm bütün yarışlarda 23 oyun keçirib, 27 qol buraxıb və altı qapını təmiz saxlayıb. Futbolçunun "Çelsi" ilə əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt mütəxəssisləri qapıçının qiymətini 11 milyon avro qiymətləndirib.