14 dekabr 2025. Bazar günü

"Nottinqem Forest" çox yaxşı oynayır"


"Nottinqem Forest" çox yaxşı oynayır"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Nottinqem Forest"lə Premyer Liqa matçı öncəsi rəqibləri haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Hər şey olduqca sadədir. Əgər çempionatın bitməsinə 11 tur qalmış üçüncü yerdəsənsə, deməli, çox, çox yaxşı oynayırsan. Onlar təsir edicidir. Çox yaxşı müdafiə olunur, yığcam və aqressiv oynayırlar. Onların hücum oyunçuları çox şey yaradır. Morqan Qibbs-Uayt və Entoni Elanqa müstəsna futbolçulardır. Ola Aina müstəsna futbolçudur. O, hər iki cinahda oynaya bilir. Elliot Anderson fiziki cəhətdən çox güclüdür və eyni zamanda ən yaxşı oyunçudur" .

Hazırda “Forest” turnir cədvəlinin üçüncü pilləsində (48 xal), “Siti” isə dördüncü yerdədir (47 xal).

“Nottinqem Forest” – “Mançester Siti” matçı martın 8-i Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü