6 iyul 2026. Bazar ertəsi

Kobbi yeni müqavilədən imtina etdi


Kobbi yeni müqavilədən imtina etdi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Mainu komanda ilə yeni müqavilədən imtina edib.

90deqiqe.Az-ın "The Guardian"a istinadən verdiyi xəbərə görə, tərəflər müqavilə müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməyib. Eyni zamanda, "Yunayted" rəhbərliyi maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün futbolçunun transferinə açıqdır.

İngiltərə millisinin üzvü isə karyerasını başqa çempionatda davam etdirməyi planlaşdırır.

Mainu bu mövsüm bütün turnirlərdə 25 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun  "qırmızı şeytanlar"la əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı