9 mart 2025. Bazar günü

Qvardiola, Alonso və Kompaninin uğurlu məşqçi olmasının səbəbini açıqladı


Qvardiola, Alonso və Kompaninin uğurlu məşqçi olmasının səbəbini açıqladı

“Mançester Siti”yə rəhbərlik edən mütəxəssis Xosep Qvardiola keçmiş futbolçularının məşqçi kimi niyə uğur qazanması ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "TNT Sports" ispan çalışdırıcının dediklərini belə çatdırıb. 

"Çünki onlar çox yaxşıdırlar! Nəhayət, uğur qazanırlar. Onların işinə çox yüksək rəy verirəm. Düşünürəm ki, onların davranış modeli təkmilləşmə, yeni ideyalar gətirmək, öyrənmək və təcrübə etmək istəyidir.

Mən başa düşürəm ki, onların əksəriyyəti Vinni [Vinsent Kompani] və Xabi Alonso kimi cəmi bir neçə ildir məşqçilik edirlər. [Onların işində] başladığım zaman təsəvvür etdiyim şeylərin çoxunu görürəm.

Mən onlar üçün çox xoşbəxtəm, çünki onların əksəriyyəti mənim dostlarımdır. Çox şadam ki, onlarla hər şey qaydasındadır. Birlikdə yaşadığımız müddətdə onlar mənə çox kömək oldular, təkcə köməkçi-məşqçi yox, həm də futbolçular üçün məşqçi kimi fəaliyyət göstərdilər. Vinni və Xabi mənə çox kömək etdilər".

Keçmiş müdafiəçi Vinsent Kompani Qvardiolanın rəhbərliyi altında "Mançester Siti"də məşq edib və hazırda "Bavariya"ya rəhbərlik edir. Keçmiş yarımmüdafiəçi Xabi Alonso "Bavariya"da Qvardiola ilə birlikdə çalışıb və hazırda "Bayer"i çalışdırır.







İngiltərə P.L.

Palmer Premyer Liqada ilk penaltisini qaçırıb
  • İngiltərə P.L.
  • 20:01 09.03.2025
Palmer Premyer Liqada ilk penaltisini qaçırıb
"Tottenhem" xal itirdi, "Çelsi"dən qələbə
  • İngiltərə P.L.
  • 19:56 09.03.2025
"Tottenhem" xal itirdi, "Çelsi"dən qələbə
Kobbi yeni müqavilədən imtina etdi
  • İngiltərə P.L.
  • 23:19 07.03.2025
Kobbi yeni müqavilədən imtina etdi
Mikel Arteta Kalafioridən danışdı
  • İngiltərə P.L.
  • 23:14 07.03.2025
Mikel Arteta Kalafioridən danışdı