19 may 2026. Çərşənbə axşamı

Erlinq Haalanddan unikal rekord


Erlinq Haalanddan unikal rekord

İngiltərə Premyer Liqasının 29-cu turunda "Brayton"la matçın 11-ci dəqiqəsində "Mançester Siti"nin hücumçusu Erlinq Haaland penalti ilə hesabı açıb.

90deqiqe.Az-ın məlumatına görə, beləliklə, norveçli  forvard turnirdə 100-cü qolunu vuraraq unikal rekorda imza atıb.

Hücumçu İngiltərə Premyer Liqası tarixində 100-dən az matçda 100 qol vuran ilk futbolçu olub. Buna nail olmaq üçün Erlinq Haaland cəmi 94 oyun keçirib.

Bu mövsüm hücumçu bütün turnirlərdə 38 matçda iştirak edib, 28 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2034-cü ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.







İngiltərə P.L.

Qvardiolanı Marseska əvəz edə bilər
  • İngiltərə P.L.
  • 22:08 19.05.2026
Qvardiolanı Marseska əvəz edə bilər
Qvardiola “Mançester Siti”dən ayrılır
  • İngiltərə P.L.
  • 00:00 19.05.2026
Qvardiola “Mançester Siti”dən ayrılır
“Onu stadiona belə buraxmazdım””
  • İngiltərə P.L.
  • 23:33 18.05.2026
“Onu stadiona belə buraxmazdım””