8 noyabr 2026. Bazar günü

Salah bunu ilk dəfə yaşadı


Salah bunu ilk dəfə yaşadı

"Liverpul" Liqa Kubokunun finalında "Nyukasl"a 1:2 hesabı ilə uduzub. 

90deqiqe.Az-ın “Opta Sport”a istinadən verdiyi xəbərə görə, Mersisayd təmsilçisinin cinah oyunçusu Məhəmməd Salah bütün 90 dəqiqəni meydanda olsa da, qapıya heç bir zərbə endirə bilməyib.

Bu, misirli futbolçunun "Liverpul"da çıxış etdiyi müddətdə ilk dəfədir ki, nə qapıya zərbə endirib, nə də qol imkanı yaradıb.

Xatırladaq ki, sözügedən matçda "magpies"in qələbə qollarını müdafiəçi Den Börn və hücumçu Aleksandr İsak vurub. "Liverpul"un yeganə qolunu isə italiyalı Federiko Kyesa imza atıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”