6 aprel 2026. Bazar ertəsi

"Vulverhempton"un hücumçusu iki oyunluq cəzalanıb


"Vulverhempton"un hücumçusu iki oyunluq cəzalanıb

"Vulverhempton"un hücumçusu Matheus Cunha İngiltərə kubokunda "Bornmut"un müdafiəçisi Miloş Kerkesə vurduğu zərbəyə görə əlavə iki oyunluq cəza alıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə qərar İngiltərə Futbol Federasiyası tərəfindən verilib.

Bundan əlavə, braziliyalı hücumçu diskvalifikasiyaya görə artıq iki matçı buraxdığı üçün 50 min funt-sterlinq cərimə ödəmək məcburiyyətində qalacaq. Forvard İngiltərə Premyer Liqasının 28-ci və 29-cu turlarının “Everton” (1:1) və “Sauthempton”la (2:1) qarşılaşmasında iştirak etməyib.

Xatırladaq ki, Matheus Cunha İngiltərə kubokunun 1/8 finalında "Vulverhempton"un "Bornmut"a penaltilər seriyasında uduzduğu matçda meydandan qovulmuşdu. Matçın 120-ci dəqiqəsində braziliyalı hücumçu "Bornmut"un futbolçusu Miloş Kerkezin üzünə yumruq atdığı üçün birbaşa qırmızı vərəqə alıb. Qarşıdakı turlarda “Vulverhempton” “Vest Hem” və “İpsviç”lə qarşılaşacaq.







İngiltərə P.L.

"Het-trik etmək hər zaman xoşdur”
  • İngiltərə P.L.
  • 23:29 04.04.2026
"Het-trik etmək hər zaman xoşdur”
"Çelsi"dən darmadağın
  • İngiltərə P.L.
  • 23:07 04.04.2026
"Çelsi"dən darmadağın