23 iyun 2026. Çərşənbə axşamı

Owen "Liverpul"a Salahla bağlı məsləhətlər verib


Owen "Liverpul"a Salahla bağlı məsləhətlər verib

Keçmiş futbolçu Maykl Ouen "Liverpul"a hücumçu Məhəmməd Salahın gələcəyi ilə bağlı məsləhətlər verib.

90deqiqe.Az-ın "talkSPORT"a istinadən verdiyi xəbərə görə, 45 yaşlı sabiq futbolçu misirlini komandada saxlamaq üçün klubu imzalama qaydalarını pozmağa çağırıb.

"Demək olar ki, Salahın qalmaq istədiyinə əminəm. Məncə, "Liverpul" öz qaydalarını dəyişməli və ona uzunmüddətli müqavilə təklif etməlidir. Salahı əvəz etmək daha baha başa gələcək, çünki transfer üçün pul ödəməli olacaqsan. Ona görə də onu saxlamaq üçün əlimdən gələni edərdim"

Daha əvvəl mətbuatda Salahın səlahiyyət müddəti ilə bağlı tərəflərin fərqli mövqeləri üzündən "Liverpul"la danışıqlarının çətin olduğu barədə məlumatlar yer almışdı.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər