8 noyabr 2026. Bazar günü

"Mançester Yunayted" Sançonun gələcəyi ilə bağlı qərar verib


"Mançester Yunayted" Sançonun gələcəyi ilə bağlı qərar verib

Bu mövsüm icarə əsasında "Çelsi"də çıxış edən "Mançester Yunayted"in yarımmüdafiəçisi Ceydon Sanço Mançester komandasına qayıtmayacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O ingilis futbolçunun gələn mövsüm "Mançester Yunayted"in heyətində görməyəcəyimizi və "Çelsi" onu almasa belə, Ceydonun başqa kluba gedəcəyini bildirib.

Daha əvvəl 25 yaşlı futbolçuya iddialılar arasında “Roma”, “Latsio”, “Borussiya Dortmund” və “Bayer”in olduğu haqda məlumat yayılmışdı.

Sanço London klubunun heyətində 23 oyuna çıxıb və 2 qol vurub, 4 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”