8 noyabr 2026. Bazar günü

Qvardiola Fodenin problemlərini açıqlayıb


Qvardiola Fodenin problemlərini açıqlayıb

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Fil Fodenin cari mövsümdəki çöküşü haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Futbolçunun uzun karyerasında tənəzzül anları mütləq olacaq. Komandamız daha yaxşı çıxış etsəydi, Fil daha yaxşı oynaya bilərdi. Biz heç vaxt tək ona güvənmirik. Problemləri bütün komanda həll etməlidir. Bəzən insanlar deyirlər ki, mən oyunçular yetişdirirəm. Xeyr, onlar təkbaşına inkişaf edir, ortaq bir fikir üçün birlikdə oynayırlar. Foden hələ gəncdir.O, mütləq öz səviyyəsinə qayıdacaq" 

İngilis bütün yarışlarda keçirdiyi son 14 matçda cəmi 1 məhsuldar ötürmə edib. Bazar günü 24 yaşlı yarımmüdafiəçi 69 dəqiqə meydanda keçirərək, "şəhərlilər"in FA Kubokunun 1/4 finalında "Bornmut"u məğlub etməsinə kömək edib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”