27 avqust 2026. Cümə axşamı

"Arsenal" Premyer Liqanı qazanmağa çalışacaq"


"Arsenal" Premyer Liqanı qazanmağa çalışacaq"

"Arsenal"ın vingeri Qabriel Martinelli komandasının hazırkı Premyer Liqada uğur qazanacağına əmindir.

90deqiqe.Az xəbər verir ki, "BBC" oyunçunun dediklərini belə çatdırıb. 

"Bizi Çempionlar Liqasında "Real Madrid"ə qarşı vacib oyun gözləyir və biz də Premyer Liqanı qazanmağa çalışacağıq. Matçlarımızı qazanıb titul qazanmağa çalışacağıq".

Çərşənbə axşamı "topçular" 30-cu tur matçında evdə "Fulhem"i məğlub etdilər (2:1), lakin cədvəldə lider "Liverpul"la fərq hələ də böyükdür.

"Arsenal" şənbə günü "Everton"la qarşılaşacaq və gələn çərşənbə axşamı Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real Madrid"lə qarşılaşacaq.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın