23 iyun 2026. Çərşənbə axşamı

Moyes Premyer Liqada maraqlı antirekorda imza atıb


Moyes Premyer Liqada maraqlı antirekorda imza atıb

"Everton"un baş məşqçisi Devid Moyes, İngiltərə Premyer Liqasının məşqçiləri arasında antirekord qeydə alıb.

90deqiqe.Az xəbər verir ki, Moyes, liqa tarixində bir rəqibə qarşı 20 səfər oyununu idarə edən və heç birində qalib gələ bilməyən ilk məşqçi olub.

Xatırladaq ki, çərşənbə günü baş tutan Mersisayd derbisində "Everton", "Liverpul"un qonağı olub və az fərqlə məğlub olub.

Moyes daha əvvəl Premyer Liqada “Mançester Yunayted”, “Sanderlend” və “Vest Hem”i çalışdırıb. Bu klubların heç biri ilə o, Anfilddə Liverpool-u məğlub edə bilməyib. “Everton” 34 xalla Premyer Liqa cədvəlində 15-ci yerdədir.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər