8 may 2026. Cümə

Mainu “Mançester Yunayted”in heyətinə qayıdır


Mainu “Mançester Yunayted”in heyətinə qayıdır

“Mançester Yunayted”in zədəliləri sağalmağa doğru gedir.

90deqiqe.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Kobbi Mainu zədəsini tamamilə sağaltıb.

19 yaşlı futbolçu əsas qrupla məşqlərə qayıdıb. İngilis oyunçunun aprelin 10-da “Lion”la Avropa Liqası matçında komandasına kömək edə biləcəyi gözlənilir.

Xatırladaq ki, Mainu fevralın 15-də zədələnib və o vaxtdan bəri futbol meydançasına çıxmayıb. Futbolçu İngiltərə çempionatında bu mövsüm 18 oyunda iştirak edib.







İngiltərə P.L.