5 iyul 2026. Bazar günü

Salah Premyer Liqada ən çox maaş alan ikinci oyunçu oldu


Salah Premyer Liqada ən çox maaş alan ikinci oyunçu oldu

"Liverpul"un hücumçusu Məhəmməd Salah müqaviləsini 2027-ci ilə qədər uzatdıqdan sonra həftəlik 400 min funt-sterlinq qazanacaq. 

90deqiqe.Az "The Sun"a istinadən xəbər verir ki, 32 yaşlı forvard hazırda İngiltərə Premyer Liqasında cari mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq  yarımmüdafiəçisi Kevin De Bruyne ilə birlikdə ən çox maaş alan ikinci oyunçudur. Premyer Liqanın ən çox qazanan oyunçusu De Bruynenin komanda yoldaşı, həftəlik maaşı 500 min funt sterlinq olan norveçli hücumçu Erlinq Haalanddır.

Qeyd edək ki, əvvəlki əmək müqaviləsinə əsasən misirli futbolçu həftəlik 350 min funt-sterlinq maaş alırdı.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı