27 avqust 2026. Cümə axşamı

"Lester" yanvarın sonundan bəri Premyer Liqada ilk qolunu vurub


"Lester" yanvarın sonundan bəri Premyer Liqada ilk qolunu vurub

Aprelin 12-də "Lester" 2025-ci ilin yanvarından bəri ilk dəfə İngiltərə Premyer Liqasında qol vurub.

90deqiqe.Az-ın məlumatına görə, bu, hazırda davam edən “Brayton”la səfər matçında baş verib. Qolu Stefi Mavididi vurub.

Birinci hissənin sonunda tabloda bərabərlik qeydə alınıb – 1:1.

Xatırladaq ki, “Lester Siti” cari mövsüm başlamamış İngiltərə Premyer Liqasına qayıtmışdı. Bununla belə, "tülkülər"in hazırda cəmi 17 xalı var və 17-ci yerdən böyük 15 xal geri qalaraq, liqa cədvəlində 19-cu yerdədir. Ona görə də qarşıdakı turlarda İngiltərənin keçmiş çempionlarının yenidən Çempionşinaya düşmə ehtimalı böyükdür.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın