21 mart 2026. Şənbə

De Bruyne Premyer Liqada uzaqdan ən çox qol vuran futbolçudur


De Bruyne Premyer Liqada uzaqdan ən çox qol vuran futbolçudur

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne, Pep Qvardiolanın 2016-cı ildə komandaya baş məşqçi təyin olunmasından bəri İngiltərə Premyer Liqasında cərimə meydançasından kənardan ən çox qol vuran futbolçu olub.

90deqiqe.Az-ın "Squawka"ya istinadən verdiyi məlumata görə, 33 yaşlı futbolçu bu dövr ərzində uzaqdan 28 qol vurub.

İkinci yerdə 21 qolla “Tottenhem”in sabiq hücumçusu Harri Keyn qərarlaşıb. Üçüncü yeri “Vest Hem”in yarımmüdafiəçisi Ceyms Uord-Prouz və “Tottenhem”in yarımmüdafiəçisi Ceyms Meddison bölüşürlər – 20 qol.

Belçikalı futbolçu 2015-ci ilin yayında "Siti"yə qoşulub. Bu müddət ərzində o, bütün turnirlərdə 414 matçda iştirak edib, 106 qol vurub və 176 məhsuldar ötürmə edib. Belçikalı futbolçu mövsümün sonunda "Mançester Siti"ni tərk edəcək.







İngiltərə P.L.

“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər