5 iyul 2026. Bazar günü

Salah Anri və Haalandı geridə qoydu


Salah Anri və Haalandı geridə qoydu

"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasının bir mövsümündə (38 oyunluq mövsümdə) qol+assistent sistemi ilə topladığı xallara görə rekorda imza atıb.

90deqiqe.Az xəbər verir ki, Premyer Liqanın 32-ci turunun "Vest Hem"lə matçında misirli futbolçu cinah yarımmüdafiəçisi Luis Diaza məhsuldar ötürmə edib. Bu assist Salahın İngiltərə Premyer Liqasında mövsümdə 45-ci qolu olub.

Turnirdə misirli 27 qol vurub və 18 məhsuldar ötürmə edib.

Bu göstəricidə 32 yaşlı oyunçu 2002/2003 mövsümündə qol+pas sistemi üzrə 44 xal toplayan “Arsenal”ın sabiq hücumçusu Tyerri Anrini geridə qoyub. Salah 2022/2023 mövsümündə Premyer Liqada 44 qol vuran "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı da qabaqlayıb.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı