21 mart 2026. Şənbə

Qvardiola De Bruynedən məyusdu


Qvardiola De Bruynedən məyusdu

"Mançester Siti"nin çalışdırıcı Pep Qvardiola bu mövsüm bitdikdən sonra komandadan ayrılacağını açıqlayan yarımmüdafiəçi Kevin De Bruynenin insani keyfiyyətlərindən məyus olduğunu bildirib.

90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, 33 yaşlı futbolçu karyerasını İngiltərə klublarından birində davam etdirə bilər.

"Çelsi", "Nyukasl" və "Mançester Yunayted" belçikalı futbolçu ilə maraqlanır.

Qvardiola yarımmüdafiəçinin belə variantları nəzərdən keçirməsindən məyusdur. İspan mütəxəssis bir çox "Siti" azarkeşləri kimi belə bir qərarı xəyanət hesab edir.

Xatırladaq ki, bundan əvvəl mətbuatda De Bruyne ilə MLS və Səudiyyə Ərəbistanı komandalarının da maraqlandığı haqda xəbərlər yayılmışdı. Bu mövsüm belçikalı "Siti"nin heyətində bütün turnirlərdə 33 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər