5 dekabr 2025. Cümə

"Liverpul" Van Deyklə müqaviləni uzadıb


"Liverpul" Van Deyklə müqaviləni uzadıb

İngiltərənin "Liverpul" klubu komandanın kapitanı və müdafiəçisi Vircil van Deyk ilə müqaviləni uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçunun "Liverpul"la yeni müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Niderlandlı futbolçu 2018-ci ilin yanvarından "qırmızılar"da çıxış edir. "Liverpul"la müdafiəçi İngiltərə Premyer Liqasının, bütün ölkə kuboklarının, UEFA Çempionlar Liqasının və FIFA Klublararası Dünya Çempionatının qalibi olub. Van Deyk əvvəllər “Sauthempton” və Şotlandiyanın “Seltik” klublarında çıxış edib.

Bu mövsüm 33 yaşlı futbolçu bütün turnirlərdə 44 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt internet portalı Van Deykin bazar dəyərini 28 milyon avro qiymətləndirir.







İngiltərə P.L.

“Məni ən çox qələbə maraqlandırır”
  • İngiltərə P.L.
  • 20:08 05.12.2025
“Məni ən çox qələbə maraqlandırır”
“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə