5 iyul 2026. Bazar günü

Premyer Liqanı tərk edən ikinci komanda məlum oldu


Premyer Liqanı tərk edən ikinci komanda məlum oldu

İngiltərə Premyer Liqasının 33-cü turunda "Lester Siti" doğma meydanda "Liverpul"a minimal hesabla uduzub və növbəti mövsüm elitada qalmaq üçün nəzəri şanslarını da itirib.

90deqiqe.az xəbər verir ki, matç Lester şəhərindəki “Kinq Pauer” stadionunda keçirilib. Oyunda yeganə qolu "Liverpul"un futbolçuları vurub və görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

“Lester Siti” 33 oyundan sonra cəmi 18 xal toplayıb. “Tülkülər” Premyer Liqa cədvəlində 19-cu yerdədir. “Vest Hem Yunayted” 36 xalla 17-ci yerdədir ki, bu da onlara yüksək divizionda qalmağa imkan verir.

Xatırladaq ki, 2015/2016 mövsümündə "Lester Siti" sensasiyalı şəkildə İngiltərə çempionu olmuşdu.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı