8 noyabr 2026. Bazar günü

Mövsümün sonunda "Tottenhem"dən ayrılacaq


Mövsümün sonunda "Tottenhem"dən ayrılacaq

"Tottenhem"in baş məşqçisi Ancelos Postecoqlou, komandanın Avropa Liqasını qazanıb-qazanmamasından asılı olmayaraq, cari mövsümün sonunda istefa verəcək.

90deqiqe.az “The Telegraph”a istinadən xəbər verir ki, London klubu Avropa Liqasının finalına yüksələ bilməsə, avstraliyalı mütəxəssis daha tez qovula bilər.

Daha əvvəl mətbuatda Postekoqlunun vəzifəsində "Bornmut"dan Andoni İraola və ya "Fulhem"dən Marko Silva ilə əvəz oluna biləcəyi barədə məlumatlar yayılmışdı.

Avropa Liqasının yarımfinalında “Tottenhem” Norveçin “Bodo-Qlimt” komandası ilə qarşılaşacaq. İlk oyun mayın 1-də, cavab qarşılaşması isə mayın 8-də baş tutacaq. Turnirin finalında “Tottenhem” və ya “Bodo-Qlimt” “Atletik Bilbao” – “Mançester Yunayted” matçının qalibi ilə qarşılaşacaq.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”