5 iyul 2026. Bazar günü

Nunesin növbəti startı "Liverpul"a 5 milyon avroya başa gələcək


Nunesin növbəti startı "Liverpul"a 5 milyon avroya başa gələcək

Hücumçu Darvin Nunes "Liverpul"un əsas heyətindən kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.

90deqiqe.Az “Anything Liverpool”a istinadən xəbər verir ki, 2022-ci ilin yayında “qırmızılar” uruqvaylı “Benfika”dan 85 milyon avroya alıb. 

Nunes Premyer Liqa və Çempionlar Liqasında 50-ci dəfə start heyətində meydana çıxacağı təqdirdə, "Liverpul" Lissabon klubuna əlavə 5 milyon avro ödəməlidir.

Hazırda hücumçunun start heyətində 49 oyunu var. Bu səbəbdən onun növbəti matçlarda ilk dəqiqələrdən meydana çıxmama ehtimalı yüksək qiymətləndirilir. Klubun yay transfer pəncərəsində Nuneslə yollarını ayırmaq niyyətində olduğu nəzərə alınarsa, bu qərar məntiqli görünür.

Darvin Nunes bu möbsüm bütün yarışlarda 42 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə verib.







İngiltərə P.L.

Andre Santos "Çelsi"dən ayrıla bilər
  • İngiltərə P.L.
  • 22:50 03.07.2026
Andre Santos "Çelsi"dən ayrıla bilər
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
  • İngiltərə P.L.
  • 23:50 02.07.2026
"Keyn "Qızıl top"u qazanmağa layiqdir"
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı
  • İngiltərə P.L.
  • 23:17 02.07.2026
Vitor Pereyra "Nottingem Forest"dən ayrıldı