14 iyun 2025. Şənbə

"Lids" baş məşqçisi ilə yollarını ayıra bilər


"Lids"  baş məşqçisi ilə yollarını ayıra bilər

"Lids" İngiltərə Premyer Liqasına yüksəlməsinə baxmayaraq Daniel Farkeni baş məşqçi vəzifəsindən azad etməyi düşünür.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, “Lids” Farkın rəhbərliyi altında “Norviç”in Premyer Liqada necə çıxış etməsindən narahatdır.

Məşqçi iki dəfə "kanar adaları"nı Premyer Liqaya çıxarıb, lakin hər iki dəfə onun rəhbərlik etdiyi komanda ilk mövsümdə Çempionşipə yuvarlanıb. 

"Lids" rəhbərliyi hesab edir ki, Farkenin məşqçilik səviyyəsi Premyer Liqanın tələblərinə cavab vermir. Bu səbəbdən klub artıq yeni baş məşqçi axtarışlarına start verib.

Vaxtilə məşqçi postuna Joze Mourinyo kimi tanınmış bir mütəxəssisin namizədliyi müzakirə edilsə də, hazırda portuqaliyalı çalışdırıcı "Lids"in gündəmindən çıxarılıb. Klub rəhbərliyi hazırda daha uyğun alternativləri nəzərdən keçirir.

"Lids Yunayted"in bu yay hansı məşqçi ilə yollarına davam edəcəyi yaxın günlərdə müəyyənləşəcək və bu qərar komandanın Premyer Liqadakı gələcək taleyini müəyyən edə bilər.

"Lids" geridə qalan iki oyunla Premyer Liqaya yüksəlməyi təmin edib. Komanda 44 oyunda 94 xal toplayaraq Çempionat cədvəlinin birinci pilləsində qərarlaşıb.







İngiltərə P.L.

"Tottenhem"in yeni baş məşqçisi bilindi
  • İngiltərə P.L.
  • 23:40 12.06.2025
"Tottenhem"in yeni baş məşqçisi bilindi
"Çelsi" yeni səfər formasını təqdim edib
  • İngiltərə P.L.
  • 12:37 12.06.2025
"Çelsi" yeni səfər formasını təqdim edib
"Mançester Siti"də yeni qapıçı
  • İngiltərə P.L.
  • 23:41 10.06.2025
"Mançester Siti"də yeni qapıçı