17 may 2025. Şənbə

"Liverpul"u "Real"a dəyişir? - özü açıqladı


"Liverpul"u "Real"a dəyişir?  - özü açıqladı

"Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister "Real Madrid"in maraqlandığı şayiələrə cavab verib.

90deqiqe.Az xəbər verir ki, "TyC Sports" argentinalı futbolçunun dediklərini belə çatdırıb. 

"Mən xəbərləri oxuyuram və şayiələr eşidirəm, amma ən əsası hazırda baş verənlərdir. Klubun məni nə qədər bəyənməsinin əhəmiyyəti yoxdur. Bu həftə sonu pis oynasam, maraqlarını itirəcəklər"

Bu mövsüm 26 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 46 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.







İngiltərə P.L.

 "Çelsi" "Mançester Yunayted"i məğlub etdi
  • İngiltərə P.L.
  • 01:15 17.05.2025
"Çelsi" "Mançester Yunayted"i məğlub etdi
 "İsakın ayrılma ehtimalı məni məyus edir"
  • İngiltərə P.L.
  • 17:10 16.05.2025
"İsakın ayrılma ehtimalı məni məyus edir"