14 dekabr 2025. Bazar günü

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi "Tottenhem"i çalışdıra bilər


İngiltərə millisinin sabiq yarımmüdafiəçisi "Tottenhem"i çalışdıra bilər

İngiltərənin "Bernli" klubunun hazırkı baş məşqçisi Skott Parker "Tottenhem"in "sükanı arxası"na keçə biləcək potensial namizədlər arasında yer alır.

90deqiqe.Az “talkSPORT”a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi mövsümün sonunda avstraliyalı çalışdırıcı Anj Postekoglu ilə yollarını ayırmağa hazırlaşır.

Komandanın Premyer Liqadakı zəif nəticələri, hazırda turnir cədvəlində 16-cı pillədə qərarlaşması və Avropa Liqasındakı uğurların belə Postekoglu üçün "xilasedici" ola bilməyəcəyi ehtimalı "Spurs"u yeni seçimlərə yönəldib.

44 yaşlı çalışdırıcının bu mövsüm "Burnley"i Premyer Liqaya yüksəltməsi və əvvəllər "Fulham", "Bornmut" və "Club Brugge" kimi klublarda göstərdiyi təcrübə, eləcə də “Tottenhem”in gənclər komandasında məşqçi kimi fəaliyyəti, London təmsilçisinin onu ciddi namizəd kimi nəzərdən keçirməsinə səbəb olub.

Qeyd edək ki, Parker 2024-cü il kampaniyasından əvvəl “Burnley”in baş məşqçisi təyin olunmuşdu və komandanı qısa müddət ərzində elitaya qaytararaq diqqət mərkəzinə düşüb.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü