21 mart 2026. Şənbə

Villian "Barselona"nın futbolçusu olmayacaq


Villian "Barselona"nın futbolçusu olmayacaq

Braziliyanın "Palmeyras" klubunun 17 yaşlı hücumçusu Estevan Villianın agenti Andre Küri himayədarının gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "AS" nəşri agentin dediklərini belə çatdırıb:

"Maliyyə feyr-pleyinə görə bu gün danışıqlar aparmaq olduqca çətindir. 'Çelsi' bir il əvvəl Estevanla müqavilə imzaladı və indi ondan yararlanmağı gözləyirdi. İspaniyada bunun üçün pul yoxdur. Onlar gözləyə bilməzlər."

Braziliyalı futbolçunun yayda "Çelsi"də çıxış edəcəyi gözlənilir.

Klub onu 34 milyon avroya alıb (daha 24 milyon əlavə olaraq ödənilə bilər). Daha əvvəl futbolçu ilə "Barselona" və bir sıra digər komandalar maraqlanırdı.

Estevan Villian bu mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər