14 dekabr 2025. Bazar günü

Vardi "Lester"dən ayrılır


Vardi "Lester"dən ayrılır

"Lester"in hücumçusu Ceymi Vardi 2024/2025 mövsümünün sonunda komandanı tərk edəcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 38 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında yazıb.

"Ayrılma günün yaxınlaşdığı üçün özümü məyus hiss edirəm, amma bunun nəhayət gələcəyini bilirdim. Bu klubda 13 inanılmaz ili böyük müvəffəqiyyətlə keçirdim. Düşmələr oldu, lakin onların əksəriyyətindən sonra yüksəlişlər oldu. "Lester"in həmişə ürəyimdə yeri olacaq" 

Bildiyiniz kimi, bir neçə gün əvvəl “Lester Siti” aşağı liqaya düşüb.13 il ərzində "Lester Siti" ilə 496 oyun keçirən Ceymi Vardi 198 qol və 69 məhsuldar ötürmə statistikasına imza atıb.

Təcrübəli hücumçu “Lester Siti” forması ilə ümumilikdə 5 kubok, o cümlədən 1 İngiltərə Premyer Liqa çempionluğu qazanıb.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü