19 may 2026. Çərşənbə axşamı

Qvardiola zədəli futbolçulardan danışdı


Qvardiola zədəli futbolçulardan danışdı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubun hazırkı zədə vəziyyətini şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Daily Mail" ispan çalışdırıcının dediklərini belə çatdırıb. 

"O, addım-addım yaxşılaşır. O, hələ də komanda ilə məşq etmir. Bu vəziyyətin necə bitəcəyini yaxın günlərdə görəcəyik"

Hücumçu Erlinq Haaland martın 30-da ayaq biləyindən zədə alıb və artıq fərdi məşqlərə qayıdıb. O, qarşıdakı FA Kuboku oyununda meydana çıxmayacaq.

Yarımmüdafiəçi Rodri sentyabrda sıradan çıxıb. Qvardiolanın sözlərinə görə, futbolçu özünü yaxşı hiss edir və komanda ilə məşqlərdə iştirak edir. Onun meydanda mümkün görünməsi həkimlərin gələcək tövsiyələrindən asılıdır.

Aprelin 27-də İngiltərə kubokunun yarımfinalında “Mançester Siti” “Nottingem Forest”lə qarşılaşacaq.







İngiltərə P.L.

Qvardiolanı Marseska əvəz edə bilər
  • İngiltərə P.L.
  • 22:08 19.05.2026
Qvardiolanı Marseska əvəz edə bilər
Qvardiola “Mançester Siti”dən ayrılır
  • İngiltərə P.L.
  • 00:00 19.05.2026
Qvardiola “Mançester Siti”dən ayrılır
“Onu stadiona belə buraxmazdım””
  • İngiltərə P.L.
  • 23:33 18.05.2026
“Onu stadiona belə buraxmazdım””