20 aprel 2026. Bazar ertəsi

Patris Evra MMA-da debüt döyüşünü elan edib


Patris Evra MMA-da debüt döyüşünü elan edib

"Mançester Yunayted"in sabiq müdafiəçisi Patris Evra qarışıq döyüş növlərində (MMA) rəsmi debüt etməyə hazırlaşır.

90deqiqe.Az "MMA Fighting”ə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu mayın 23-də Parisdə keçiriləcək PFL liqa turnirində ilk döyüşünə çıxacağını açıqlayıb. 

Hələlik Evranın rəqibinin kimliyi açıqlanmasa da, 42 yaşlı keçmiş futbolçu ideal döyüş istəyini zarafatla da olsa dilə gətirib. O, məşhur uruqvaylı futbolçu Luis Suaresi səkkizbucağın əks küncündə görmək istədiyini bildirib.

“Rəsmi olaraq PFL-də ilk döyüşümə hazırlaşıram. Onlar mənim üçün rəqib seçəcəklər. Soruşdular ki, kimlə döyüşmək istəyərdim, dedim: Luis Suares! Mən bu döyüşü hətta öz cibimdən maliyyələşdirməyə hazıram. İcazə verin, o məni dişləsin!” – deyə Evra zarafatla bildirib.







İngiltərə P.L.

"Bütün mövqelərdə problemlərimiz var"
  • İngiltərə P.L.
  • 23:30 19.04.2026
"Bütün mövqelərdə problemlərimiz var"
“Arsenal” gözləntiləri doğrultmadı"
  • İngiltərə P.L.
  • 22:27 19.04.2026
“Arsenal” gözləntiləri doğrultmadı"
Rodri “Arsenal”la oyunda zədələndi
  • İngiltərə P.L.
  • 21:48 19.04.2026
Rodri “Arsenal”la oyunda zədələndi