- İngiltərə P.L.
- 20:27 19.06.2025
"Liverpul"un mərkəz müdafiəçisi və kapitanı Vircil van Deyk İngiltərə Premyer Liqasının 34-cü turunda "Tottenhem"lə oyun öncəsi komanda yoldaşlarına müraciət edib.
90deqiqe.Az xəbər verir ki, niderlandlı futbolçu bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.
“Daha bir təkan. Görüləsi bir iş daha. Hər birimizdən daha çox səy tələb olunurdu. Daha bir addım. Mövsüm boyunca daim diqqətimi yalnız növbəti oyuna, qarşıdakı çağırışa yönəltməyin vacibliyindən danışmışam. Məqsədlərimizə çatmaq üçün bu düşüncə tərzi bizim üçün son dərəcə vacib idi. Qarşımızda olan məsələlərə fokuslanırıq və böyük mənzərəyə, xarici səs-küyə qapılmırıq.
Premyer Liqada qalib gəlmək – bunu necə və harada etməyindən asılı olmayaraq – xüsusi bir şeydir. Bəs bunu “Enfild”də, dünyanın ən inanılmaz azarkeşləri qarşısında etmək? Bu, tamamilə fərqli bir duyğudur. Bu, bizim arzumuzdur, sizin də arzunuzdur və bazar günü bu arzunu reallaşdırmaq əsas məqsədimizdir”.
Görüş bazar günü baş tutacaq. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.Mersisaydlılar Premyer Liqanın 34-cü turunun "Tottenhem"lə oyunundan sonra vaxtından əvvəl İngiltərə çempionu ola bilər. “Qırmızılar” ikinci pillədəki “Arsenal”dan 12 xal geridədir. İngiltərə çempionluğunu vaxtından əvvəl qazanmaq üçün "Liverpul" ən azı bir xal qazanmalıdır.